ABŞ-ın başına 5 milyon pul qoyduğu terrorçu belə təslim oldu

"Əş-Şabab" terror təşkilatının rəhbərlərindən olan Muxtar Robou Somali hökumətinə təslim olub. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, o, paytaxt Moqadişonun 400 kilometrliyindəki Xudure şəhərində ordu qüvvələrinin tərəfinə keçdiyini bəyan edib.

Təslim olan zaman "Əbu Mansur" təxəllüslü terrorçu bildirib ki, o, qruplaşmanın tərkibindən 2013-cü ildə çıxıb. Bu qərara isə keçmiş tərəfdarlarının onu ölümlə hədəlikdən sonra gəldiyini bildirib:

"Mən "Əş-Şabab"da döyüşən insanları da eyni addımı atmağa dəvət edirəm. Çünki sonda anladım ki, orda olanların islama heç bir aidiyyəti yoxdur. Onlar xalqı və vətəni də sevmir. Mən ölkə rəhbərliyini və beynəlxalq arenada onu dəstəkləyənlərə minnətdaram".

Xatırladaq ki, "Əş-Şəbab" Somalidə hakimiyyətə qarşı mübarizə aparır. Terrorçu təşkilat ABŞ-ın ölkənin daxili işlərinə qarışmasını qəbul etmir. "Əbu Mansur" isə vaxtı ilə bu qruplaşmanın ikinci şəxsi olub. ABŞ onun başına 5 milyon dollar pul qoyub.


 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR