Rusiyanın eks-naziri məhkəmədə: "Rüşvəti mənə Seçin verib" - TƏSDİQLƏNDİ
"Bu gün burada baxılan rüşvət işi şəxsən "Rosneft"in baş icraçı direktoru İqor Seçinlə Federal Təhlükəsizlik Xidmətinin mənə qarşı qurduğu ssenaridir".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu sensasion iddianı məhkəməsi başlayan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukaev səsləndirib.
O, həbs olunduğu gün "Rosneft" rəhbərinin ona zəng edərək şirkətin ofisinə gəlməsini xahiş etdiyini, Federal Təhlükəsizlik Xidmətinin isə pusquda dayanaraq, onun gəlməsini gözlədiyini açıqlayıb.
Bu arada sabiq nazirin vəkilləri ittiham aktı ilə tanış olarkən ona qarşı istintaq zamanı araşdırılmayan epizodlar üzrə ittihamların irəli sürüldüyünü bildirib. Onlar işin istintaqa qaytarılması tələbi ilə çıxış ediblər. Məhkəmə həmin tələbi rədd edib, proses 1 sentyabradək təxirə salınıb.
Aleksey Ulyukaev 2016-cı il noyabrın 15-də neft şirkətlərindən birindən 2 milyon dollar rüşvət alması ittihamı ilə həbs edilib. Sonradan onun həbs müddəti bir neçə dəfə uzadılıb.
Qeyd edək ki, bu gün Rusiyanın Baş Prokurorluğu məhkəmə prosesində ittiham predmeti olan 2 milyon dolların A. Ulyukaevə şəxsən İqor Seçin tərəfindən verildiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV