Yağışlar başlayır

Avqustun 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.  Mülayim şimal-şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  21-24, gündüz  29-34, Bakıda gecə  21-23, gündüz  30-32 dərəcə isti olacağı gözlənilir. 
 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26,Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  19-24, gündüz  31-36, dağlarda gecə 11-16, gündüz  21-26 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR