İŞİD Rəqqadan çıxarılır, Əsədin təyyarəsi vuruldu - AĞIR DÖYÜŞLƏR
Suriya Demokratik Qüvvələri İŞİD-in özünə "paytaxt" elan etdiyi Rəqqanın cənubunda bir neçə məhəlləni ələ keçirdiyini bəyan edib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu barədə qruplaşmanın komandanlığı açıqlama yayıb.
Hazırda şəhərdə döyüşlərin davam etdiyi qeyd edilir. Əsasən Suriya kürdlərindən təşkil edilmiş qruplaşma ABŞ hərbi kontingenti tərəfindən dəstək alır:
"Rəqqanın qədim məhəllələri demək olar bütünlüklə İŞİD-dən təmizlənib. Bu isə şəhərin təxminən 65 faizi deməkdir" - deyə, döyüşçülərdən biri qeyd edib.
Bu arada İŞİD-in şəhər sakinlərini girov saxladığı, onlardan "canlı qalxan" kimi istifadə etdiyi bildirilir. Qaçmağı bacaranlar isə şəhər ətrafında xüsusi düşərgələrə yerləşdirilir.
Xatırladaq ki, Rəqqa uğrunda döyüşlər 3 aydır başlayıb.
Bu arada Əsəd hakimiyyətinə müxalif qruplaşmalardan biri Süveyd əyalətində Suriya ordusuna məxsus "MİQ-21" qırıcısını vurduğunu, pilotu isə əsir götürdüyünü açıqlayıb. Rəsmi Dəməşq faktı təsdiqləyib.
Suriya ordusu isə öz növbəsində Deyr-ər-Zor şəhəri istiqamətində hücumları genişləndirib. Bu şəhərin ələ keçirilməsi ölkədə 6 ildir davam edən vətəndaş müharibəsinin başa çatmasında əhəmiyyətli dönüş nöqtəsi ola bilər.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV