Çin: Bölgədə müharibə təhlükəsi səngiyib
"Çin Şimali Koreya ilə bağlı yaranmış gərginliyin nisbətən səngidiyini müşahidə edir".
APA TV-nin məlumatına görə, bu açıqlamanı Çinin xarici işlər naziri Van İ verib.
Bununla yanaşı o qeyd edib ki, təhlükə hələ tam sovuşmayıb, bunun üçün tərəflər cəhd etməlidir:
"Məqsədə çatmaq üçün birgə iş aparılmalıdır. Biz problemin sülh şəraitində həll olunmasının tərəfdarıyıq. Düzgün addım atılmasına indi çox ehtiyac var".
Xatırladaq ki, Çin BMT qətnaməsinə əsasən nüvə proqramının inkişafına son qoymadığı üçün Pxenyana qarşı sanksiyalar tətbiq edib. Pekin adı çəkilən ölkəyə bir çox malların ixracını məhdudlaşdırdığını açıqlayıb.
Tramp administrasiyası isə rəsmi Pekinin Şimali Koreyaya lazımi qədər təzyiq etmədiyini iddia edərək, Çini ticari qadağalarla hədələyib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV