ABŞ-dan İrana cavab: Bizimlə təhdid dilində danışmayın!
"İrana özünün nüvə proqramından dünyanı əsarətdə saxlamaq üçün istifadə etməyə icazə vermək olmaz".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanatı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İran prezidenti Həsən Ruhaninin sanksiyaların ləğv edilməyəcəyi halda ölkəsinin nüvə razılaşmasından çıxacağı, İranın bu istiqamətdəki fəaliyyəti bərpa edəcəyi, habelə ölkəsi ilə diplomatiya dilində danışılması ilə bağlı fikirlərinə cavab olaraq səsləndirib.
O bildirib ki, İranın əldə olunan razılaşmanı bəhanə edərək bizimlə təhdid dilində danışması qəbuledilməzdir. N. Heyli rəsmi Tehranın raket buraxılışı, insan hüquqlarının pozulması, o cümlədən BMT qətnamələrinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıdığını da xatırladıb.
ABŞ təmsilçisi bununla belə yeni sanksiyaların İranın nüvə proqramı ilə əlaqəli olmadığını da diqqətə çatdırıb.
Yeri gəlmişkən, "The Washington Post" N. Heylinin rəsmi Tehran ətrafındakı vəziyyəti Vyanada müzakirə edəcəyini yazıb.
Qeyd edək ki, 2015-ci ilin iyulunda İranla "altılıq" ölkələri arasında nüvə proqramının dayandırılması müqabilində sanksiyaların ləğvini nəzərdə tutan sənədin imzalanmasından sonra rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırıb. Lakin, avqustun 2-də Vaşinqtonun Rusiya, İran və Şimali Koreyaya sanksiya tətbiq etməsindən sonra İran tərəfi ballistik raket istehsalına 520 milyon dollar vəsait ayırıb.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV