Lənkəranda dəhşətli qəza: 2 ölü, 5 yaralı - TƏFƏRRÜAT
Lənkəranda dəhşətli qəza baş verib.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə, Ələt istiqamətində hərəkətdə olan Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub.
Nəticədə "VAZ"ın sürücüsü Kamran Xudiyev və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində ölüb. Xəsarət alanlar - "Mercedes"in sürücüsü Rüstəm Süleymanov, sərnişinləri - Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova və "VAZ"ın sərnişinləri Elməddin Əlizadə və Facir Mahir oğludur.
Onlar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, üçü travma şöbəsinə yerləşdirilib, ikisi isə dərhal əməliyyata götürülüb. Facir Mahir oğlunun vəziyyəti ağır olaraq qalır. Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan "VAZ" sürücüsünün meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.
Hadisənin təfərrüatları da məlum olub. "Mercedes"in sürücüsü iri buynuzlu heyvanın avtomobilin qarşısına çıxması nəticəsində idarəetməni itirərək əvvəlcə heyvanı vurub, sonra digər bir avtomobillə toqquşub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV