Amerikanın neft ehtiyatlarının azalması "qara qızıl"ı bahalaşdırır
Amerika Neft İnstitutunun açıqladığı hesabat neftin bahalaşmasına səbəb olub. APA TV-nin məlumatına görə, hesabatda ABŞ-ın neft ehtiyatlarının ötən həftə 7,8 milyon barel azaldığı bildirilir. Bundan başqa ölkədə benzin ehtiyatlarının həcmi həftə ərzində 1,5 milyon barel artıb. Amerika Neft İnstitutunun açıqladığı rəqəmlər qeyri-rəsmi xarakter daşıyır, daha çox proqnoz xarakterlidir. Ölkənin neft ehtiyatlarının həcminə dair real rəqəmləri bu gün ABŞ Energetika Nazirliyi açıqlayacaq.
Neftin son bir həftədə ucuzlaşmasının əsas səbəblərindən biri bu nazirliyin ölkədə hasilatının həcminə dair proqnozları yüksəltməsidir. Bundan başqa Donald Trampın Şimali Koreyanın ünvanına səsləndirdiyi sərt fikirlər birjalarda risk faktoru kimi dəyərləndirilib.
Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 51,12 dollardan satılır, Qərbi Texas nefti isə 47,80 dollara təklif olunur. İki marka arasında fərqin 3 dollardan çox olması bazarlarda ABŞ-dan qaynaqlanan amillərin təsirinin zəifləməsi deməkdir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV