Bərdədə məzarlıq yandı: kənd sakinləri bələdiyyəni ittiham edir
Bərdənin Kətəlparaq kəndində məzarlıq yanıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, alov ilk olaraq qəbiristanlığın kənarında müşahidə edilib.
Su kanalının kənarındakı qamışlıqda başlayan yanğın daha sonra məzarlığa keçib. Yanğını söndürmək üçün qəbiristanlığa yanğınsöndürən briqadası çağırılıb. Alovun geniş miqyas alması məzar daşlarına zərər vurub. Kənd sakinləri yanğını kimin çıxardığından xəbərsiz olduqlarını deyir. Amma ilkin ehtimal kimi yerli bələdiyyə üzvlərinin su kanalında təmizlik məqsədi ilə qamışlığa od vurduğunu, məhz bundan sonra məzarlığın yandığını düşünürlər. Ələddin İbrahimov baş verən hadisə ilə bağlı onların açıqlama vermədiyini deyir: "Biz gələndə polis də, yanğınsöndürənlər də burda idi. Onlar yazıb-pozurdular. Lakin hələ ki, kənd sakinlərinə bir söz deyilməyib. Biz də onu bilmək istəyirik ki, dəyən ziyan nə qədərdir. Təkcə bizə, yəni İbrahimovlar ailəsinə 15 min manat ziyan dəyib. Yəqin ki, kimsə bunu təmizləmək məqsədi ilə edib. Mən indi yalandan nəsə deyə bilmərəm. Amma bu haqda kimsə nəsə deməlidir"
Məsələyə aydınlıq gətirmək, kənd bələdiyyə sədri ilə əlaqə saxlamağa çalışsaq da, münasibət öyrənmək mümkün olmadı.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV