Çingiz Hüseynzadə: "Azərbaycan bayrağını Ramil Quliyevə biz verdik"
“Dünyada ilk dəfə bir azərbaycanlı, Ramil Quliyev yüngül atletika üzrə dünya çempionu oldu. Onu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik etdilər”. APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.
"Nəticələri proqnozlaşdıranda artıq görürdük ki, biz artıq Ramilin medal qazanmaq şansı var. Biz Türkiyə Federasiyası ilə danışdıq, belə qərara gəldik ki, o, hər iki bayrağı qaldıracaq. Biz təcili olaraq Azərbaycan bayrağını apardıq verdik Ramilə ki, Ramil həm də Azərbaycan bayrağını qaldırsın".
Hüseynzadə 6 il öncə Quliyev haqda dediklərini təkzib etmədiyini də açıqlayıb.
"2015-ci il dünya çempionatından əvvəl məndən soruşdular ki, nəticəsi olacaq dedim olmayacaq, Rio Olimpiadasından qabaq məndən soruşdular ki, nəticəsi olacaq, dedim olmayacaq. Yalnız 2015-ci ildən sonra o Bakıdakı nəticələrini göstərməyə davam etdi. Bu məsələni idman tərəfi var, bu məsələnin mənəvi tərəfi var. Ramil Azərbaycanda yeganə idmançı olub ki, 19 yaşında heç bir yerdə heç bir nəticə göstərməyən bir idmançını Prezident evlə təmin edib. Heç bir başqa idmançıya bu verilməyib. Ramil Quliyev "Neftçi"nin idmançısı idi, "Neftçi"dən ən yüksək maaş alan idmançı olub.
O, 27 yaşlı atletin Azərbaycan yığmasından imtinasını belə əsaslandırıb.
"Ramil Quliyev gəldi dedi ki, Bakıda şərait yoxdur. Heç yer də indi bunu yazmır. Ramil Quliyevi "Fənərbaxça"ya biz göndərdik. Biz icazə verdik Ramil Quliyevə ki, Fənərbaxçadan çıxış etsin. "Fənərbaxça"dan nə "Neftçi", nə də federasiya pul almadı. Onlar dedi pul verək, dedik biz pul istəmirik. Gəlsin sizdə məşğul olsun, klubun adından çıxış etsin".
Qeyd edək ki, 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edən Quliyev Azərbaycan millisindən getməsini ona federasiyada lazımı dəstəyin göstərilməməsi ilə əlaqələndirmişdi. O, "Pekin-2008"də ölkəmizi, Rio-2016-da Türkiyəni təmsil edib. Ramil dünya çempionu tituluna yiyələnənədək 200 m məsafəyə qaçışda 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qızıl, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc medalına sahib olub.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV