APA Holding "Azərkitab"la əməkdaşlıq edəcək
"Azərkitab" Azəbaycanda kitab təbliğatı sahəsində mütərəqqi bir layihədir".
APA TV-nin məlumatına görə, bu fikirləri "APA Holding"in prezidenti Vüsalə Mahirqızı "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Mirisrafil Sabir Həsənovla mərkəzdə keçirilən görüşdə bildirib.
O, layihə çərçivəsində rəhbərlik etdiyi holdinqin tərkibində media qurumları, habelə "Kulis.Az" İnternet dərgisi ilə əməkdaşlığın zərurətindən danışaraq, birgə fəaliyyət nəticəsində gələcəkdə yeni kitabların nəşri, yeni qələm adamlarının geniş oxucu auditoriyasına tanıdılması, habelə çap olunacaq əsərlərin müzakirəsinin önəmindən bəhs edib. V. Mahirqızı deyib ki, mərkəzin fəaliyyətinə bundan sonra da zəruri informasiya dəstəyi veriləcək.
Mirisrafil Həsənov isə "APA Holding"lə əməkdaşlığın Azərbaycanda kitab təbliğatı işinə mütərəqqi töhfə verəcəyindən söz açıb.
O, mərkəz haqqında məlumat verərək, hər ilin mayında paytaxt məktəblilərinin "Azərkitab"a ekskursiyaların təşkil olunduğunu vurğulayıb. Mirisrafil Həsənov bildirib ki, mərkəzin "Səsli Kitab" layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq "Quran-i Kərim"in səsli versiyası hazırlanıb. Layihə rəhbəri mərkəzin perspektiv işləri ilə bağlı fikirlərini bölüşüb:
"Biz çalışırıq ki, gənc yazarlarla görüşlər keçirək, onların kitablarının nəşrinə kömək edək. Təsadüfi deyil ki, bu yaxınlarda Çingiz Abdullayevlə görüşdük və onun üç kitabını "Azərkitab" olaraq çap edib, dünyanın digər ölkələrində təbliğ edəcəyik".
Görüş fikir mübadiləsi şəraitində davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV