Məktəbəqədər hazırlıq qruplarına sənəd qəbulu başladı - 1 AY MÜDDƏTİNDƏ
Bu gündən respublika üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. APA TV-nin məlumatına görə, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, sənədlərin qəbulu sentyabrın 15-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.
Avqustun 1-dən paytaxt məktəblərindəki hazırlıq qruplarına uşaqların qəbulu elektron formada həyata keçirilir. Bu günə kimi Bakıda 9209 nəfər bu qruplarda təhsil almaq üçün qeydiyyatdan keçib. Ötən il isə ölkə üzrə 2795 qrup yaradılıb:
"Keçən il 2011-ci ildə anadan olan uşaqların 55 faizi bu təhsilə cəlb olunub. Bu il Bakıda daxil olmaqla 65 rayon üzrə 2826 qrupun yaradılması rəsmiləşdirilib. Bu il cəlb olunma faizinin artacağı gözlənilir. Uşaqların qruplara qəbulu mərhələli şəkildə həyata keçirilir. Müəllimlərin seçimində IV sinifdə dərs deyən müəllimlərə üstünlük verilir".
Bundan başqa Azərbaycanda məktəbəqədər təhsil sahəsi üzrə yeni dövlət standartları hazırlanıb. Artıq "Məktəbəqədər təhsil haqqında" dövlət standartlarının layihəsi təsdiq olunması üçün hökumətə təqdim olunub.
Növbəti illərdə yeni təkmilləşmə əsasında hazırlanacaq kurikulumlar vasitəsilə həm məktəbəqədər, həm də məktəbəhazırlıq təhsili yeniləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılacaq. Tədris proqramlarında isə dəyişikliklər edilib və çap edilərək yerlərə göndərilib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayıb, mayın 31-də başa çatacaq.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV