"Qarabağ" - "Kopenhagen": Kim qalib gələcək - SORĞU

Bu gün Çempionlar liqasının play-off mərhələsində ilk oyunlar keçiriləcək. APA TV-nin məlumatına görə, Ağdamın "Qarabağ" komandası tarixində ilk dəfə bu mərhələdə iştirak edəcək.


Bu uğur həm də Azərbaycan futbol tarixində bir ilkdir. Görüş Bakı vaxtı ilə saat 20:00-də Tofiq Bəhramov adına stadionda baş tutacaq. Rəqib isə Danimarkanın "Kopenhagen" klubudur.

Bu, Azərbaycan klublarının "Kopenhagen"lə ikinci dueli olacaq. 1998/99 mövsümünün Kuboklar kubokunda "Qarabağ"la danimarkalıların yolları kəsişib. Həmin vaxt ilk görüşdə 0:6, ikincidə isə 0:4 hesabı ilə uduzan təmsilçimiz 19 il sonra revanş almağa köklənib.

Bəs, Bakı sakinləri necə, futbolçularımızın qələbəsinə inanırmı?

 - "Mənə elə gəlir ki, ya "Qarabağ" 2:0 udacaq, ya da heç-heç olacaq

 

- "Qarabağ"ın qələbəsinə inanıram, 2:0, 1:0, belə hesab gözləyirəm"

 

- "Oyuna özüm də gedəcəyəm baxmağa, biletim var, inşallah yaxşı nəticə gözləyirik İlk dəfədir pley-off mərhələsinə keçmişik, çox güclü rəqibdir, amma inanırıq və stadionda olacağıq".

 

- "Oyundan yaxşı şeylər gözləyirəm, əminəm ki, udarıq yaxşı olar".

 

- "Qarabağ" qalib gələcək, 1-0".

 

- "Fikirləşirəm ki, "Qarabağ" bu gün udacaq, xalqımızı sevindirəcək".

 

- "Təbii ki, istəyərəm "Qarabağ"ımız udsun, inşallah udarıq".

 

- "Qarabağ"ın oyunundan bütün azarkeşlər kimi qalibiyyət gözləyirəm, komandamız udsa da, uduzsa da dəstəkləyirəm, 2-1, 1-0 udacağını düşünürəm".

 

- "Allah qoysa udacağıq, 2-1"

 

- "İnşallah 2-0 udarıq, səfərdə də qalibiyyət gözləyirik, inşallah "Qarabağ" Azərbaycanı Çempionlar liqasında təmsil edər".

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR