Gürcü polisindən növbəti əməliyyat: yenə azərbaycanlılar saxlanıldı

Tiflisin azərbaycanlılar yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.

 

APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.

 

Qeyd edək ki, Poniçala qəsəbəsində avqustun 12-də keçirilmiş xüsusi əməliyyat nəticəsində Nazim və Mahir Cəfərov qardaşları narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunublar.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR