Cəhubi Koreya prezidenti: "İcazəmiz olmadan kimsə bölgədə müharibə edə bilməz"

Cənubi Koreya prezidenti Mun Çje İn Koreya yarımadasında Seulun razılığı olmadan hər hansı hərbi əməliyyatın keçirilməsinin mümkün olmayacağını bəyan edib.

APA TV-nin "Renhup" agentliyinə istinadən məlumatına görə, o əlavə edib ki, nəyin bahasına olur-olsun baş verə biləcək müharibənin qarşısını alacaqlar:

"Biz problemi başqa yolla həll etməliyik. Şimali Koreyanın nüvə proqramının inkişafı təhlükəlidir, lakin müzakirələr davam etdirilə bilər".  

Dövlət başçısı əlavə edib ki, Seul danışıqlara və dialoqa hər zaman açıqdır.

 


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR