Ruhani ABŞ-ı hədələdi: "Son qoyarıq!"

İran prezidenti Həsən Ruhani ABŞ-ı təhdid edib.

 

APA TV-nin məlumatına görə, telekanallardan birində çıxış edən Ruhani bildirib ki, ABŞ yeni sanksiyaların tətbiqi ilə bağlı qərar verərsə, İran bir neçə saatda nüvə razılaşmasına son qoya bilər.

 

"Daha öncə nəticəsiz sanksiyalar tətbiq olundu. Bunlar sonra müzakirə masasında bitdi" - deyə, Ruhani əlavə edib.

 

İran prezidenti çıxışında bildirib ki, Tramp ABŞ-ın yaxşı tərəfdaş olmadığını sübut etdi.

 

Qeyd edək ki, İran parlamenti bir müddət öncə ABŞ-ın sanksiyalarına cavab olaraq raket proqramı xərclərini artırmaq barədə qərar qəbul etmişdi. Məclisin qərarı ilə bu proqram üçün ayrılan məbləğ 520 milyon dollar idi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR