ABŞ və Yaponiya razılığa gəldi: PXENYANI BİRGƏ VURACAQLAR

Yaponiyanın baş naziri Şinzo Abe ilə ABŞ-ın prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

APA TV-nin məlumatına görə, bu barədə "Kyodo" agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən xəbər verib.

 

Əsas müzakirə mövzusu Şimali Koreya ətrafında vəziyyətin gərginləşməsi olub. Donald Tramp vurğulayıb ki, ABŞ öz müttəfiqlərini - Yaponiya və Şimali Koreyanı Pxenyan təhlükəsindən qorumağa hazırdır və bunu edəcək.

Hər iki tərəf Şimali Koreyaya sarsıdıcı zərbələr endirməyə hazır olduğunu bir daha qeyd edib.

 

Bu arada Pentaqon rəhbəri Ceyms Mettis də mövcud vəziyyətlə bağlı açıqlama verib: "Quama endirələcək hər hansı bir zərbə, bölgədə genişmiqyaslı müharibə ilə nəticələnəcək".

Avropa İttifaqından da baş verənlərə münasibət bildirilib. Qeyd edilib ki, tərəflər sərt bəyanatlara son qoymaldır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR