Çində benzin istehsalı aşağı düşdü, neft ucuzlaşmağa başladı

Çinin neft emalı zavodlarında istehsalın aşağı düşməsi "qara qızıl"a tələbatın artması ehtimalını şübhə altına salıb. APA TV-nin məlumatına görə, bu səbəbdən birjalarda neftin qiyməti ucuzlaşmağa başlayıb. "Brent" markalı neftin bir bareli 50,80 dollardan, Qərbi Texas neftinin bir bareli isə 47,62 dollardan satılır.

 

Neftin qiymətinə təsir göstərən əsas siyasi amil isə Şimali Koreya böhranıdır. Ölkənin aparıcı dövlətlərdəki səfirləri təcili olaraq Pxenyana, xüsusi müşavirəyə dəvət olunub. Bu, birjalarda müharibə ehtimalının artması kimi dəyərləndirilir.

 

Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair həftəlik hesabatı açıqlayacaq. Proqnoz xarakterli hesabat həftə ərzində qiymətlərin formalaşmasına təsir göstərən əsan amillərdən sayılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR