Nyu-Yorkda Tramp əleyhinə aksiya: "Getməlidir!"

Nyu-Yorkda ABŞ-ın 45-ci prezidenti Donald Tramp əleyhinə aksiya keçirilir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,  "Tramp Tower" göydələninin qarşısında toplaşan yüzlərlə etirazçı dövlət başçısının sabiq ofisinə gəlişini gözləyir.

 

Fəalların plakatlarında "Bu dəhşət bitməli - Tramp və Pens rejimi getməlidir" sözləri yazılıb.

 

Mitinqin təşkilatçılarından biri olan "Refuse Racism" təşkilatı Virciniya ştatının Şarlotsvill şəhərində ifrat sağçıların mütəşəkkil surətdə küçəyə çıxaraq aksiya keçirə bilmələri və Trampın Şimali Koreyaya qarşı səsləndirdiyi sərt ifadələri pisləyib. Təşkilat üzvləri hesab edir ki, Trampın sözləri milyonlarla insanın həyatına təhlükə kəsb edə bilər.  

Bu günlərdə ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. "Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcək" - deyə, D.Tramp bəyan edib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR