Parisdə sürücü maşını kafedəkilərin üstünə sürdü: ölən və yaralananlar var

Fransanın paytaxtı Parisin yaxınlığında BMW markalı avtomobilin sürücüsü maşını qəsdən kafeyə çırpıb. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 13 adam xəsarət alıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Hadisə nəticəsində dünyasını dəyişənin yeniyetmə olduğu bildirilir. İnsident zamanı kafedə təqribən 20 nəfər olub.

 

Şahidlər bildiriblər ki, avtomobil qarşısına çıxan maneələri əzə-əzə kafeyə girib və bar masasına dəyərək dayanıb. Sürücü hadisə yerində saxlanılıb.

 

Hüquq-mühafizə orqanlarında terror aktlarını araşdıran qrup son hadisə ilə bağlı təhqiqata cəlb edilməyib. Xüsusi xidmət orqanları insidenti terror aktı hesab etmirlər. Bununla belə, sürücünün maşını kafeyə qəsdən çırpdığı bildirilir.

 

Qeyd edək ki, Fransa və daha bir neçə Avropa ölkəsində indiyədək dəfələrlə avtomobil qəsdən insanların üstünə sürülüb. Ən böyük terror aktlarından biri Fransanın Nitsa şəhərində baş vermişdi. Bu hadisə nəticəsində 84 nəfər həlak olmuşdu.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR