Bakıda 80 yaşlı kişi ikinci mərtəbədən yıxılaraq ölüb
Bakıda 80 yaşlı kişi yaşadığı fərdi evin ikinci mərtəbəsindən yıxılıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Maştağa qəsəbəsində baş verib.
1937-ci il təvəllüdlü Abbasov Ağamirzə Hüseyn oğlu özünə məxsus fərdi evin ikinci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan ahıl kişi 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ağamirzə Abbasovun həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
184
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
320
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
324
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1030
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
955
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1297