Gəncədə reyd: 60-a yaxın sürücü cərimələndi
Gəncədə yol polisi əməkdaşları tərəfindən “Təmiz hava aylığı” çərçivəsində yoxlamalara başlanılıb. Şəhərin müxtəlif ərazilərində keçirilən reydlər zamanı bir sıra qanun pozuntuları aşkar edilib. Söhbət işlənmiş dəm qazlarında zərərli maddələrin normadan artıq olmasından gedir. Təxminən 3 saat ərzində aparılan reydlərdə 200-dən artıq avtomobil yoxlanılıb. Onlardan 56-da pozuntu aşkar edildiyindən həmin avtomobillərin sürücüləri barəsində inzibati cərimə tətbiq edilib.
Reyddə avtomobili sənədsiz idarə edən sürücülər müəyyən edilib. Eyni zamanda, avtomobillərdə konsturksiya dəyişiklikləri də aşkarlanıb.
Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, reydlər mütəmadi şəkildə keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
19:18
189
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
321
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
325
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1030
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
955
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1297