Kriştianu Ronaldonun cəzası bəlli oldu - 5 OYUN
Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo İspaniya Kral Futbol Federasiyasının qərarı ilə 5 oyunluq cəzalandırılıb. APA TV-nin məlumatına görə, bu barədə məlumat federasiyanın rəsmi saytında yerləşdirilib.
İspaniya Superkubokunun ilk oyununda “Barselona” ilə qarşılaşmanın 82-ci dəqiqəsində portuqaliyalı futbolçu hakimi aldatmağa cəhdə görə ikinci sarı və ardınca qırmızı vərəqə ilə meydandan qovulub. Kriştianu Ronaldo buna emosional reaksiya verib və hakimi arxadan itələyib. Bu epizod oyunun protokoluna daxil edilib. Nəticədə federasiya futbolçunu qırmızı vərəqəyə görə 1, hakimə qarşı hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, “Barselona” - “Real” oyunu avqustun 13-də “Kamp Nou” stadionunda keçirilib və “Real”ın 1:3 hesablı qələbəsi ilə başa çatıb. Ronaldu 58-ci dəqiqədə meydana əvəzetmə ilə daxil olub və qırmızı vərəqə alanadək bir qol vurub.
Cavab oyunu avqustun 17-də Madriddə keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV