Torpaq sürüşdü: 200-dən çox insan altında qaldı

Qərbi Afrika ölkəsi olan Syerra-Leoneda yüzlərlə insan təbii fəlakətin qurbanı olub.

 

APA TV-nin məlumatına görə, güclü mövsümi yağışların ardından ölkədə torpaq sürüşməsi, daşqınlar baş verib. İlki məlumatlara görə 200-dən çox insan torpaq altında qalıb. Açıqlama verən prezident köməkçisi Viktor Foh "Yüzlərlə insanın torpağın altında qaldığını təxmin edirik. Qorxunc bir fəlakətdir. Mən çox üzgünəm. Bölgəni təxliyə etməyə çalışırıq", deyib.

 

Morqda artıq yer yoxdur. Axtarış və xilasetmə işlərinin aparılması üçün bölgəyə hərbçilər göndərilib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR