Yaşayış evi külə döndü - ZAQATALADA

Zaqatalada fərdi yaşayış evi yanıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın bu gün saat 12:00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində kənd sakini Namin Nəzir oğlu Nəzirliyə məxsus, ümumi sahəsi 200 kv.m olan birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR