Sərxoş sürücülər saxlanıldı - NABRANDA REYD
Nabranda 58 sürücü cəzalandırılıb
Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran qəsəbəsi ərazisində reyd keçiriblər. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 58 sürücü barədə protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb.
Həmin sürücülərin 3 nəfəri avtomobilini sərxoş vəziyyətdə, 2 nəfər əlavə avadanlıq quraşdıran, 10 nəfər ötmə qaydalarını pozan, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etmədiyinə görə saxlanılıb.
Bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
OXŞAR XƏBƏRLƏR
19:18
191
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
321
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
325
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1030
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
955
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1297