Quldurlar 86 min pul, 200 min manatlıq qızıl və silah apardı - BUZOVNADA
Bakıda evlərdən birindən quldurluq yolu ilə külli məbləğdə pul, qızıl əşyalar və tüfəng aparmaqda şübhəli bilinən şəxs tutulub.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75 000 manat, 11 000 ABŞ dolları, 200 000 manat dəyərində qızıl əşyalar və "Vinçestr" markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev saxlanılıb.
Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV