Zaxarova: "Müharibə başlaya bilər"
"Şimali Koreya böhranının güc yolu ilə həlli ehtimalı olduqca yüksəkdir".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Rossiya-24" telekanalına müsahibəsində səsləndirib: "Koreya yarımadasının nüvə proqramı məsələsində Vaşinqton özünü Pxenyanla eyni ritorik nöqtəyə çıxarıb. Doğrusu, bu çox ağlasığmaz bir şeydir. Vəziyyətə təsir üçün diplomatik və digər üsullar olduğu halda, həm Vaşinqton, həm də Pxenyan güc dilində danışır. Əgər məsələ müharibə nöqtəsinə çatarsa, ki, bu ehtimal çox yüksəkdir, vəziyyət olduqca faciəvi məcraya yönələcək".
M. Zaxarova bildirib ki, məsələnin diplomatik yolla həlli üçün tərəflər ilk növbədə güc ritorikasından çəkinməlidir.
OXŞAR XƏBƏRLƏR
19:18
188
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
321
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
325
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1030
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
955
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1297