Türk restoranına silahlı basqın: 26 nəfər öldürüldü

Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində naməlum silahlılar türk restoranına hücum edib.

 

APA TV-nin məlumatına görə, insident nəticəsində 28 nəfər ölüb, çoxlu sayda yaralı var. "İstanbul" kafesində ölənlərdən biri Türkiyə vətəndaşıdır, bir nəfər türk isə yaralanıb.

 

İlkin məlumata əsasən, üç silahlı kafeyə daxil olaraq odlu silahdan atəş açıb. Hadisə yerinə ordu qüvvələri cəlb edilib, atışma baş verib.  Ordu tərəfindən keçirilən əməliyyatın nəticəsində üç terrorçunun öldürüldüyü bildirilir. Hadisə Burkina-Faso hökuməti tərəfindən terror aktı kimi qiymətləndirilib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR