Neft həftəyə 52 dollarlıq qiymətlə başladı
Birjaların bur həftə keçirilən ilk ticarət sessiyalarında "Brent" markalı neftin bir bareli 52 dollardan satılıb. APA TV-nin məlumatına görə, Qərbi Texas nefti hazırda 48,75 dollardan satılır. İlk üç ticarət sessiyası ərzində qiymətlərdə ciddi dəyişiklik olmayıb.
Ekspertlər bu həftə qiymətlərin iqtisadi deyil, siyasi amillərə əsasən formalaşacağını iddia edirlər. Onların fikrincə, Koreya yarımadasında gərginliyin artması, müharibə ehtimalının yüksəlməsi birjalara təsirsiz ötüşməyəcək. Hərbi əməliyyatların başlaması neftə olan tələbatı psixoloji baxımdan artıra bilər ki, bu da qiymətlərin bahalaşmasına təsir göstərəcək.
Bu gün neftin qiymətində əhəmiyyətli rol oynayacaq amil aparıcı informasiya agentliklərinin ekspertləri arasında keçirilən sorğu olacaq. "Reuters" və "Bloomberg" ekspertlərinin ortaq rəyi neftin həftəlik qiyməti ilə bağlı ümumi mənzərənin formalaşmasına təsir göstərir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV