Daşqınlar Nepalı viran qoyub - ÖLƏNLƏRİN SAYI ARTA BİLƏR
Nepalda son sutka ərzində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 58 nəfər ölüb.
APA TV-nin “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət ölkəyə ciddi maddi ziyan vurub. Məktəb və inzibati binalarda evsiz qalan sakinlər üçün müvəqqəti sığınacaqlar yaradılıb. Hərbçi, polis və sakinlərdən ibarət dəstələr xilasetmə işlərinə cəlb olunub.
Daşqınlar Biratnaqar hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub. Nepal daxili işlər nazirliyinin məlumatına əsasən, 23 nəfər itkin düşüb, 36 min yaşayış evi su altında qalıb, çox sayda iri və xırdabuynuzlu heyvan tələf olub.
Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:18
236
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
333
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
335
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1030
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
957
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1298