Bakıda baş vermiş avtoqəza nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb

Bakının Sabunçu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Kürdəxanı-Pirşağı yolunda qeydə alınıb. Məlumata görə, yol qəzası zamanı şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil digər bir minik maşını ilə toqquşub. Nəticədə avtomobillərdən birində olan üç nəfər - 29 yaşlı Hacıyeva Hüriyyə Əli qızı, onun bacısı 20 yaşlı Səfərli Aysel Əli qızı və oğlu 5 yaşlı Hacıyev Kənan Daşqın oğlu xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan 5 yaşlı Kənanın xəsarəti yüngül olsa da, xəsarətləri ağır olan digər iki yaralının müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Artıq hər iki sürücü məsuliyyətə cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR