Lənkəranda qeysəriyyə əməliyyatından sonra uşaq dünyaya ölü gəldi
Lənkəranda yenicə dünyaya gəlmiş körpə xəstəxanada ölüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Masallı rayonunun Həsənli kənd sakini, 20 yaşlı Kəmalə Vəlişova müayinə olunması üçün bir neçə gün bundan qabaq valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Gənc ananı müayinə edən həkim onu qeysəriyyə yolu ilə əməliyyata götürüb. Ancaq körpə dünyaya gəldikdən sonra gözlərini açmayıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qadın heç bir il olmayıb ki, təkrar qeysəriyyə əməliyyatına girib. Həmin dövrdə qadına ən azından bir il hamilə qalmaması məsləhət görülüb. Ölümün dəqiq səbəbləri isə hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR
19:18
234
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
332
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
334
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1030
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
957
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1298