13 yaşlı qız yol qəzasında öldü - ŞƏMKİRDƏ

Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Şəmkir rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, avqustun 12-də Şəmkir rayon Mahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Elmar Malik oğlu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-2121 Niva” markalı avtomobillə rayonun Düzqışlaq kəndi ərazisində yol kənarında duran həmin kənd sakini, 2004-cü il təvəllüdlü Qasımova Ella Namiq qızını vuraraq hadisə yerindən qaçıb. Nəticədə 13 yaşlı qız aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR