Paytaxta gələn avtomobil heyvan sürüsünə soxuldu - CƏLİLABADDA QƏZA
Cəlilabad rayonunda avtomobil yolu keçən heyvan sürüsünü vurub.
APA TV xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabadın Qarazəncir kəndindən keçən hissəsində baş verib. Rayonun Alar kənd sakini Məhəmməd Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə paytaxt istiqamətində hərəkətdə olarkən örüşdən qayıdan heyvan sürüsünə girib. Nəticədə 5 baş iribuynuzlu və 10-a yaxın xırdabuynuzlu heyvan tələf olub.
Avtoqəza zamanı sürücü də yüngül xasarət alıb. Onun avtomobilinə isə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:18
236
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
333
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
336
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1030
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
957
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1298