Tiflisdə azərbaycanlı qardaşlar həbs olundu - XÜSUSİ ƏMƏLİYYATDAN GÖRÜNTÜLƏR
Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub.
APA-nın yerli bürosunun məlumatına əsasən, həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub.
Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.
Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV