Obama siyasətə qayıdır - KEÇMİŞ PREZİDENTİN YENİ STRATEGİYASI
"ABŞ-ın sabiq prezidenti Barak Obama yenidən siyasətə qayıdır".
APA TV-nin "The Hill" nəşrinə istinadən məlumatına görə, sabiq prezident siyasi elita arasında görünmədən, demokratların ölkə daxilindəki nüfuzunun yüksəlməsində iştirak edəcək.
Məlumatlı mənbələr B. Obamanın siyasi arenaya dönüşü prosesini yaxın həftələrdə müşavirləri ilə müzakirə edəcəyini də açıqlayıb. Bildirilir ki, sabiq ABŞ prezidentinin partiya daxilindəki rolu əsasən yeni maliyyə mənbələrinin tapılmasından ibarət olacaq. Müxtəsəri, demokratlar sabiq Ağ Ev rəhbərini partiya liderliyinə gətirmək niyyətində deyil.
Yeri gəlmişkən, sabiq prezident Ağ Evi tərk etdikdən sonra belə ABŞ əhalisi arasında nüfuzunu qoruya bilib. Son rəy sorğuları Barak Obamanın hazırkı prezidenti reytinqdə azı 30 faiz üstələdiyini göstərir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV