Avroparlamentin sədri: "Ukrayna və Ermənistan Rusiyanın təzyiqi altında qərar verib"
Avropa Parlamentinin sədri Martin Şults Gürcüstan və Moldovanı təbrik edərək Ukrayna və Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etmələrindən məyus olduğunu bildirib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Martin Şults deyib ki, “Şərq tərəfdaşlığı” AB və onun şərqdəki qonşularını vətəndaşların rifahı naminə yaxınlaşdıran vacib layihədir. O, Vilnüs sammitinin bu prosesdə önəmli addım olduğunu söyləyib: “Mən Moldova və Gürcüstanı AB ilə assosiasiya sazişini paraflamaq barədə qərarları ilə əlaqədar təbrik edirəm. Lakin mən Ukrayna və Ermənistanın sazişi imzalamaqdan imtina etmələrindən dərin məyusluq keçirirəm. Təəssüfləndirici hal odur ki, bu ölkələrin öz seçimlərinə yenidən baxmaları xarici təzyiqlə əlaqədardır. Biz aydın və ucadan bəyan etməliyik ki, Rusiyanın bizim qonşularımıza qarşı iqtisadi və siyasi təzyiqləri qəbuledilməzdir”.
AP rəhbəri sonda vurğulayıb ki, assosiasiya sazişi imzalamaq üçün AB-nin qapıları açıqdır və Avropa Birliyi xalqların Avropa ümidinə heç vaxt əngəl olmayacaq.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI