Quldurluqla məşğul olan 23 yaşlı oğlan həbs olundu - QƏTL TÖRƏDİBMİŞ
Gədəbəy sakininə qarşı quldurluq əməlinin üstü açılıb. APA TV-nin məlumatına görə, naməlum şəxs İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul tələb edib.
Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni Qasımlı kənd sakini, 23 yaşlı Babək Məmmədov törədib. Babək Məmmədov Əjdər Ələkbərovun evindən 1 ədəd “NOKİA” markalı telefonu götürərək hadisə yerini tərk edib. Aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, Babək rayon ərazisində daha bir analoji hadisə və 1 qəsdən adam öldürmə cinayəti törədib. Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayında rayonun Qasımlı kəndində 71 yaşlı Səmayə Məmmədovanı yaşadığı evdə küt alətlə qətlə yetirilib. Hazırda göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV