Gürcüstan sərhədinə aparan yolda 42 maşın saxlanıldı
Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun Şəki və Zaqatala rayonları ərazisindən keçən hissəsində təhlükəsizliyinin təmin olunması məqsədilə reyd keçirilib.
APA TV-nin məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları tərəfindən magistral yolun müxtəlif hissələrində keçirilən reyd zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili sərxoş və nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən 42 sürücü müəyyən edilərək onlara inzibati qaydada protokol tərtib olunub. Reyd zamanı minik avtomobillərinin və sərnişin mikroavtobuslarının sürücüləri saxlanılaraq onlarla maarifləndirmə işləri aparılıb, təhlükəsizlik qaydaları izah edilib.
Reydin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sərxoş sürücülərə qarşı mübarizə və hava şəraitinin isti keçməsi ilə əlaqədar sürücülərin təlimatlandırılması olub.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV