Yüksək sürət, sərxoş sürücülər, polisə müqavimət - REYD BELƏ KEÇİRİLDİ
Sərxoş halda sükan arxasında əyləşərək özünə, sərnişinlərə və ətrafdakılara təhlükə yaradanlar bu dəfə də yol polisi əməkdaşlarının hədəfində olub. APA TV-nin məlumatına görə, Zazalı postu ərazisində və Dəliməmmədli şəhərində keçirilən reyd zamanı qaydaları pozan xeyli sürücü saxlanıb.
Yol polisi hərəkət qaydalarını pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşan, avtomobili sənədsiz idarə edən və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı tədbirlər görüb. Reyd zamanı sərxoşluq əlamətləri olan sürücülər özlərinə haqq qazandırmağa çalışıb.
Hətta bəzi hallarda polisə müqavimət göstərməyə cəhd edənlərə də rast gəlinib.
Bəzi sürücülər isə sərxoş olduğunu etiraf etsə də, yazılan protokollarda qeyd edilən cərimə ilə razılaşmayıb. Bütün etirazlara baxmayaraq sərxoşluğu müəyyən edilən sürücülər barəsində müvafiq tədbirlər görülüb.
Bakı-Qazax magistralında Zazalı postu və Dəliməmmədli şəhəri ərazisində keçirilən reyd zamanı nəqliyyat vasitəsinin texniki sazlığına nəzər yetirməyən sürücülər barəsində də tədbirlər görülüb.
Dövlət Yol Polisi əməkdaşlarının reydləri qarşıdakı günlərdə də davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV