Saakaşvili ailəsi ilə birlikdə bu ölkəyə getdi - ÖZÜ AÇIQLADI

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstana gedib.

 

APA TV-nin məlumatına görə, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. "Ailəmlə birlikdə Balaton gölünə gəldik. Macar kralı Andraş və onun həyat yoldaşı, ukraynalı şahzadə Anastasiyanın heykəlinin qarşısında" , - deyə o, paylaşdığı fotonu müşayiət edən qeydində bildirib.

 

Xatırladaq ki, M. Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib. Həmin vaxt o, ABŞ-da olub. Sonra Saakaşvili Polşaya, oradan isə Litvaya gedib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR