Mağazadan 45 mobil telefon oğurladı, isti izlərlə tutuldu
Qazaxda 45 ədəd mobil telefon oğurlayan şəxs tutulub. APA TV-nin verdiyi məlumata görə, rayon ərazisindəki mağazalardan birindən xeyli sayda telefon oğurlanması barədə “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar Qazax Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək ərazini müayinə edib, müvafiq araşdırmalar aparıblar.
Faktla əlaqədar Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Polis Şöbəsinə dəvət edilən mağaza sahibi izahatında oradan satış üçün nəzərdə tutulan və təmirə gətirilmiş ümumilikdə 45 ədəd mobil telefonun, həmçinin eyni sayda satış üçün nəzərdə tutulan, telefonların üzərlərində olan sim nömrələrin və 1 ədəd noutbukun oğurlandığını bildirib.
Əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Alıyev olması müəyyən edilib. Saxlanılarkən oğurlanmış mobil telefonlardan biri maddi sübut kimi onun üzərindən aşkar edilərək götürülüb.
Təkzibolunmaz sübutlar qarşısında o, törətdiyi oğurluğu etiraf edib.
Müəyyən edilib ki, Elçin Alıyev bir müddət əvvəl gəzmək üçün Qazaxa gəlib və özünü təhsil müəssisələrindən birinin tələbəsi kimi təqdim edərək şəhər ərazisində kirayədə yaşayıb.
Dindirmələr zamanı o, digər telefonları və noutbuku paytaxt ərazisində satdığını bildirib.
Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV