Bayılda oğru aptekin pəncərəsini qıraraq içəri keçmək istədi - KAMERA GÖRÜNTÜLƏRİ
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrlə qorunan obyektdən oğurluq edilməsinin qarşısı vaxtında alınıb.
Bu gün gecə saatlarında Səbail Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Həyəcan siqnalı daxil olandan bir neçə saniyə sonra operativ qrupu hadisə yerinə yaxınlaşıb. Yoxlama zamanı obyektin pəncərəsinin sındırıldığı aşkar edilib.
Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs polisləri görüb hadisə yerindən qaçmağa cəhd göstərib. O polislərin çevikliyi sayəsində saxlanılıb və üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi götürülüb.
Qeyd edək ki, saxlanılan şəxsin aptekin pəncərəsini sındırdığı anlar obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.
Səbail Rayon Mühafizə İdarəsinin tağım komandiri Elşad Siraclı hadisənin təfərrüatını belə açıqlayıb: “Həmin hadisə barədə məlumat verilib. Aptekin kameralarına baxılıb və oğurluq etməkdə şübhəli bilinən Qalib Abdullayev əməkdaşlarımız tərəfindən saxlanılıb”.
Faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV