OPEK neftə tələbatın artacağını açıqladı, neftin qiyməti 53 dolları keçdi
2017-ci ildə dünyada neftə gündəlik tələbat 96,5 milyon barel təşkil edəcək. APA TV-nin məlumatına görə, bu proqnoz OPEK-in bu gün açıqlanan hesabatında öz əksini tapıb. Bundan əvvəlki hesabatla müqayisədə OPEK neftə olan gündəlik tələbatın həcminin 100 min barel artacağını proqnozlaşdırır. Sənədə əsasən, gələn il gündəlik tələbat 97,8 milyon barelə çata bilər.
Hesabatda bildirilir ki, bu il OPEK-ə daxil olmayan ölkələrdə orta sutkalı neft hasilatı 55,6 milyon barel təşkil edəcək ki, bunun da 11 milyon bareli Rusiyanın payına düşür. Kartel ölkələrinin hasil etdiyi neftə olan tələbat isə 400 min barel artaraq 32,4 milyon barel təşkil edəcək. OPEK gələn il üçün də bu rəqəmin dəyişməyəcəyini gözləyir.
OPEK-in açıqladığı hesabat birjalarda neftin qiymətinə pozitiv təsir göstərib. Günorta seanslarında "Brent" markalı neftin qiyməti 53,62 dollara qalxıb ki, bu da may ayından sonra qeydə alınan ən yüksək qiymətdir. Qərbi Texas nefti isə uzun fasilədən sonra 50 dollardan ha satılıb. Hazırda birjalarda WTİ nefti 50,11 dollara təklif olunur.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV