11 illik zəhmətin bəhrəsi - MƏKTƏBİ QIZIL MEDALLA BİTİRƏN MƏZUNLAR DANIŞIR
Bugünkü müsahiblərimiz məktəbli həyatının hər dəqiqəsini təhsilə sərf edən və nəticədə qızıl medal alan məzunlarımızdır. 287 saylı "Zəkalar" liseyinin məzunu Rauf Səfərov da orta məktəbdə qarşısına qoyduğu məqsədə çatıb. Orta məktəbi qızıl medalla bitirən 154 məzunlardan biri olan Rauf müxtəlif fənn olimpiadalarında, bilik yarışlarında əla nəticələr göstərib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 695 bal toplayıb. O qızıl mükafata layiq görüldüyü üçün fəxr edir.
"Məqsədim məktəbi qızıl medalla bitirmək idi. Bu, hər bir şagirdin arzusudur. Qızıl medal elədir ki, yəni sən məktəbdə edə biləcəyin hər şeyi etmisən, olimpiadalarda yaxşı nəticələr əldə etmisən. Buna görə çox sevinirəm. 9-cu sinifdə olimpiadada iştirak etdim yer tuta bilmədim, 10-cu sinifdə tarix olimpiadasında 2-ci yer tutdum, 11-ci sinifdə coğrafiya üzrə keçirilən olimpiadada respublika üçüncüsü oldum".
53 saylı məktəbin məzunu Qəmər Səfərova isə ailəsində qızıl medalların sayını 4-ə dördə çatdırıb. Qəmərin atası, anası və bacısı vaxtilə məktəbi qızıl medalla bitirib. Səfərovlarda məktəbi qızıl medalla bitirmək bir növ ailə ənənəsinə çevrilib. Qəmər deyir ki, ikinci ixtisas qrupu üzrə hazırlaşmasına baxmayaraq, bütün fənlərə ciddi yanaşıb. O ali məktəblərə qəbul imtahanlarında da yüksək nəticə göstərib - 659 bal.
"4-cü sinifdə olimpiadada iştirak etdim, 2-ci yeri qazandım, digər siniflərdə də fərqli olimpiadalarda yer tuturdum. Əsas riyaziyyat fənni üzrə qatılırdım, 9-cu sinifdə isə fizika, 10-cu sinifdə riyaziyyat, 11-ci sinifdə coğrafiya fənnindən olimpiadaya qatıldım. Sonuncu olimpiadada 3-cü yeri tutdum".
7 saylı məktəbin məzunu Firavan da məktəbi qızıl medalla bitirib. O, qızıl medal alan 154 şagirddən biri olduğuna görə fəxr edir. Yüksək balla ali məktəbə qəbul olan Firavan Əlizadə hələ məktəb illərində respublika və beynəlxalq səviyyəli olimpiadalarda iştirak edərək uğurlu nəticələr göstərib. Müsahibimiz deyir ki, 11 illik zəhmətinin qiymətləndirilməsini gözləyirdi.
""Sabahın alimləri" müsabiqəsində 2 il ard-arda biologiya nominasiyası üzrə iştirak edərək qalib olmuşam. Bundan başqa ekologiya sahəsində həm beynəlxalq, həm də respublika çərçivəsində olimpiadaların qalibi olmuşam. Müxtəlif şahmat yarışmalarında, inşa müsabiqələrində iştirak etmişəm, bundan başqa "İlham Əliyevin dövlətçiliyin möhkəmlənməsi" mövzusunda tarixi məqaləm çap olunub".
Qeyd edək ki, orta məktəbi bitirən məzunların qızıl və gümüş medallarla təltif olunması onların Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda topladığı ballar, müxtəlif yarışlarda və olimpiadalarda qazandığı uğurlar və tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri əsas götürülür. Qeyd edək ki, bu il 154 nəfər məzun oxuduğu məktəbi qızıl, 31 nəfər isə gümüş medalla bitirib. Onların adi həmdə oxuduqları məktəbin şərəf lövhəsinə yazılacaq.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV