Polislər narkotik plantasiyası aşkarladı - HAMISI YANDIRILDI
Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib. APA TV-nin məlumatına görə, Xocalı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Goranboy rayonun Todan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Hündürlüyü bir metr olan 3400 ədəd narkotik tərkibli kolların ümumi çəkisi 30 kq-a yaxındır.
Qeyd edək ki, istifadəsi qadağan edilən çətənə kolları hal şahidlərinin iştirakı ilə toplanıb və təyin olunan ərazidə yandırılaraq məhv edilib. Bu cür tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
19:18
280
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
350
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
350
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
1034
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
960
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1301