ABŞ təyyarəsini vurmaq istəyən İŞİD üzvü Türkiyədə həbs olundu

ABŞ hərbi təyyarəsini "dron" vasitəsilə vurmağa hazırlaşan Rusiya vətəndaşı Türkiyədə həbs olunub. APA TV-nin məlumatına görə, Türkiyə xüsusi xidmət orqanları həbs olunan şəxsin adını açıqlayıb. İŞİD terror təşkilatının üzvü olan bu şəxs Renat Bakiyevdir.

 

O, İncirlik hava limanından səmaya qalxan, İŞİD mövqelərinin vurulmasında iştirak edən ABŞ hərbi təyyarəsinin pilotsuz uçuş aparatı vasitəsilə vurmaq istəyirmiş. İstintaq zamanı Bakiyev planlarını etiraf edib. Hazırda fakt üzrə araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR