Astarada ağır qəza: 1 ölü, 1 yaralı
Astarada yoldan çıxan avtomobil ağaca çırpılıb. Qəza zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astaranın Təngərüd kənd sakini, 21 yaşlı Kənan Ağayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib. Əvvəlcə avtomaşın hasara, sonra isə ağaca çırpılıb. Nəticədə avtomobildəki sərnişin - Təngərüd kənd sakini, 23 yaşlı Xəzan Səmədov hadisə yerində keçinib. Onun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsinə gətirilib.
Sürücü Kənan Ağayev isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsində müalicə olunur.
Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV