MÜHARİBƏ HƏYƏCANI: ABŞ və Şimali Koreya orduları hazır vəziyyətdə!

Pentaqon Şimali Koreyaya məxsus 20 hərbi obyektə preventiv zərbələr endirmək üzrə plan hazırlayıb.

 

APA TV-nin NBC telekanalına istinadən məlumatına görə, Sakit okeandakı Quam adasında ABŞ-ın "Andersen" hərbi hava və "Apra-Harbor" hərbi-dəniz bazası yerləşir.

"B-1B Lancer" bombardmançı təyyarələri raketlər üçün start meydançaları daxil olmaqla Şimali Koreyanın 20-dək hərbi infrastruktur obyektini bombalaya bilər.

 

Pxenyan isə bir neçə günə həmin adadakı ABŞ hərbi bazalarına zərbələr endirmək üzrə planını başa çatdıracaq.
 

Hərbi plan dörd "Xvason-14" orta mənzilli ballistik raketin buraxılmasını nəzərdə tutur. Raketlər Yaponiyanın üç prefekturası üzərindən uçaraq Quam adasından 30-40 km aralıda okeana düşəcəklər. Planın həyata keçirilib-keçirilməməsinə dair qərarı ölkə lideri Kim Çen In verəcək.

 

Bu arada Rusiya tərəfləri gərginliyi azaltmağa və dialoqa çağırıb. Lakin rəsmi Pxenyan ABŞ administrasiyası ilə dialoqu mümkünsüz sayır: "Tramp kimi düşüncəsiz insanla sağlam dialoq mümkün deyil. Ona yalnız güc təsir edə bilər"- deyə, Şimali Koreya rəsmisi bildirib.

 

Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib: "Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər" - deyə, D.Tramp bəyan edib. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR